top of page
Search

SKAUT GM Aydın Süleymanlı ilə əməkdaşlıq elan edir

Biz gənc parlamaqda olan qrossmeyster Aydın Süleymanlı ilə eksklüziv çoxillik tərəfdaşlığımızı elan etməkdən hədsiz dərəcədə həyəcanlıyıq.



Gənclər arasında şahmat üzrə Olimpiya, Dünya və ikiqat Avropa çempionu SKAUT ilə birləşərək, bütün dünyada şahmat azarkeşləri üçün unikal təcrübə və satışa çıxarılacaq bir sıra NFT kolleksiyalarını təqdim edir.


Bu ilin əvvəlində təqdim edilməsi planlaşdırılan ilk kolleksiyada Aydın ilə əməkdaşlıqda yaradılmış ikonik dizayn yer alacaq. "Azarkeşlərlə münasibət də yeni təcrübələrin tətbiqi mənim üçün çox vacibdir, ona görə də bu əməkdaşlıq vasitəsilə eksklüziv təkliflər və icmaya giriş təklif etmək ideyası mənim bir hissəsi olmaq istədiyim bir şeydir" dedi Süleymanlı. Sonra Süleymanlı əlavə etdi ki, "Mən bir şahmatçı kimi sevinirəm ki, bu əməkdaşlıq həm Azərbaycanda, həm də Dünyada Web3 sənayesində baş verən ilklərdəndir."


İlk NFT kolleksiyası bu ilin fevralında yayımlanacaq. Azarkeşlər əvvəlcədən qeydiyyatdan keçərək pulsuz NFT təcrübəsi yaşaya biləcəklər. Şanslı sahiblər şahmatçıdan nə əldə edəcək? Əlbəttə ki, qrossmeyster ilə onlayn görüşdə şahmat oynamaq şansı əldə edəcək.


İkinci NFT kolleksiyası bu ilin yazında satışa çıxarılacaq, hansıki özündə üç nadir səviyyəli və hər biri özünəməxsus fərqli eksklüziv təklifləri ehtiva edir. Onlar məhdud seriyada buraxılan Qızıl, Platin və Almazdan ibarət unikal rəqəmsal kartlardır və azarkeşlər üçün ustad dərsləri, onlayn və oflayn görüşmək-şahmat oynamaq və ən əsası birgə icmada olmaq təkliflərini verir.


Əməkdaşlıq çərçivəsində gənc qrossmeysterin karyerasının əlamətdar anlarını əks etdirəcək NFT kolleksiyalarıda yayımlanacaq.


Bu əməkdaşlıq - NFT, şahmat və Aydın Süleymanlı azarkeşləri üçün gələcək işlərin başlanğıcıdır. Kolleksiyalar barəsində daha ətraflı məlumatlar ictimaiyyətə yayımlanacaq.


Aydın Süleymanlı haqqında


Aydın Süleymanlı — Azərbaycan şahmatçısı, beynəlxalq usta (2019), qrossmeyster (2021).



2013-cü ildə Aydın Süleymanlı Budvada U08 yaş qrupunda gənclər arasında şahmat üzrə Avropa çempionatının qalibi olub və Candidate Master (CM) adına layiq görülüb. 2014-cü ildə Tallinndə 10 yaşa qədər blits və rapid üzrə gənclər arasında şahmat üzrə Avropa çempionatının qalibi olub.


2017-ci ildə Mamayada U12 yaş qrupunda gənclər arasında şahmat üzrə Avropa çempionatının qalibi olub və FİDE Ustası (FM) adına layiq görülüb.


2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilən dünya çempionatında 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. Həmin il həm Azərbaycan milli komandasının heyətində, həm də şəxsi lövhədə Türkiyənin Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.


2020-ci ilin fevralında Süleymanlı "Aeroflot Open" yarışında birinci olub. 2021-ci ildə Niksiç Memorialını qazandı. Bu qələbə sayəsində o, 16 yaşında Azərbaycanın 27-ci qrossmeysteri olub.

87 views0 comments

Comments


bottom of page