top of page

SKAUT x AYDIN İkinci NFT Kolleksiyasını Təqdim Edir

Gənc qrossmeyster Aydın Süleymanlı və SKAUT dəyişdirilə bilməyən tokenlər (NFT) kolleksiyasının ikinci seriyasını yayımladığını elan edir.


Son mətbuat açıqlamasında qeyd etmişdik ki, ikinci seriyada hər birindən 5 ədəd zərb ediləcək və özündə müxtəlif eksklüziv təklifləri cəmləyən 3 növ kart olacaq - qızıl, gümüş və bürünc. Toplam 15 kartın 6-sı zərb edilib. Qalan hissə kartlar qarşıdakı aylarda zərb ediləcək.


Rəqəmsal kartlar sahiblərinə nə vəd edir?


Bu kartların sahiblərinə vəd etdiyi bir oxşar cəhət var - AYDIN-la Birgə İcmada Üzvlük. Qızıl kart alıcıları ən çox təklifə giriş edənlərdir, bu kartlar ayda 3 dəfə şahmat oynamaq, ustad dərsi və Instagram-da AYDIN-dan follow və like-a kimi digər oxşar təklifləri əldə edəcək. Gümüş kart sahibləri ayda 2 dəfə şahmat oynamaq və sosial mediada AYDIN-dan təkliflər, Bürünc kart kolleksiyaçıları isə AYDIN-la hər ay 1 dəfə şahmat oynamaq şansı əldə edəcək. Bu təkliflər 3* ay ərzində keçərli olacadır.


Kolleksiyanın nadirlik səviyyələrinə və sahiblərinə verilən bütün üstünlüklərinə buradan keçid edərək nəzər sala bilərsiniz. Kolleksiya Rarible platformasında Solana-da yayımlanır.


Həmtəsisçimizin müsahibəsi və NFT-lər barəsində fikirləri


SKAUT həmtəsisçisi Emin Hüseynzadə bu əməkdaşlıq, NFT-lərin gələcəyi və texnologiyanın dünyaya gətirə biləcəyi müsbət faktorlara inandıqları barədə bizə danışıb:

"NFT-lərin idman sənayesi üçün təsirləri və bunun idmançılara yeni uğur zirvələrinə çatmağa necə kömək edə biləcəyi artıq mütləq bir faktdır. NFT texnologiyası hələ ilkin mərhələdədir, lakin o, artıq sənət dünyasına, musiqi sənayesinə və idman kolleksiyaları bazarına əhəmiyyətli təsir göstərir. Biz şadıq ki, bu sənayenin üzvüyük və qrossmeyster Aydın Süleymanlı ilə birlikdə azarkeşlərə bu yenilikləri təklif edirik."

* Qeyd: Təkliflərin 1, 2 və 3 ay davam edən fərqli xüsusiyyətləri var. Detallı məlumatlar üçün bura baxın.


Risk Xəbərdarlığı: NFT-lər hələ də inkişaf etməkdə olan aktiv sinifdir. Bu məqalədəki məlumat investisiya və ya maliyyə məsləhəti kimi təfsir edilməməlidir. NFT-nin dəyəri aşağı düşə və ya yüksələ bilər. NFT-lər yüksək bazar riskinə məruz qalır. NFT və kriptovalyutalardan istifadə edərkən təcrübəli mütəxəssislərin məsləhətlərinə riayət etməniz məsləhət görülür.

47 views

Comments


bottom of page