top of page

SKAUT GM Aydın Süleymanlı İlə Birlikdə İlk Kolleksiyanı Yayımladı

SKAUT, sahiblərinə GM Aydın Süleymanlı ilə birgə icmaya giriş imkanı və onunla şahmat oynamaq şansı verən ilk dəyişdirilə bilməyən token (NFT) kolleksiyasını yayımladı.

Bu ilin yanvarında elan edilən SKAUT x AYDIN əməkdaşlığının ilkin mərhələsində 3 şanslı qalibə pulsuz və eksklüziv təkliflər ehtiva edən ilk NFT kolleksiyasının yaradılması planlanırdı. Bu unikal təklif üçün təkcə Azərbaycandan yox, həmçinin bir neçə Avropa ölkələrindən də müraciətlər daxil oldu.


Rəqəmsal rəssam M'99 tərəfindən yaradılmış ilk GIF NFT, bizə şahmat taxtasının üzərində yer alan AYDIN fiqurunu və almaz tipli çərçivəni xatırladır. Üzərində kolleksiya adını və AYDIN loqosu olan NFT, Rarible platformasında - Solana blokçeynində yayımlanıb. Artıq 3 şanslı kolleksiyaçı-azarkeş Discord icmasında və SKAUT-un Chess.com-da olan qrupunda AYDIN ilə birgə təmsil olunurlar.


Əməkdaşlığın qarşıda dərc olunacaq Rare Exclusivity Collection-ı isə özündə 3 nadir səviyyəli və hər biri özünəməxsus fərqli eksklüziv təklifləri ehtiva edən bir seriyadır.


Bu əməkdaşlıq - NFT, şahmat və Aydın Süleymanlı azarkeşləri üçün gələcək işlərin başlanğıcıdır. Növbəti kolleksiyalar barəsində daha ətraflı məlumat ictimaiyyətə yayımlanacaq.

96 views

Recent Posts

See All
bottom of page